Yüksəksürətli ilk yeraltı tunelin istifadə veriləcəyi tarix açıqlandı - VİDEO

“SpaceX” şirkətinin sahibi İlon Maskın inşa etdirdiyi “Loop adlı ilk yeraltı tunelinin istifadəyə verilmə tarixi açıqlanıb. Avtosfer.az Technote-yə istinadən xəbər verir ki, Los-Anceles hava limanının yaxınlığında yerləşən Xotorn şəhərindəki “Loop” tunelinin təqdimatı 10 dekabr tarixində baş tutacaq. Tuneldə sərnişinlər üçün nəzərdə tutulmuş kapsullardan başqa avtomobillər üçün nəzərdə tutulmuş platformalar da test ediləcək. 11 dekabrdan başlayaraq isə həmin yeraltı tuneldən hamı istifadə edə biləcək. Məlumata görə, 3,2 km uzunluğu olan tunelin kapsulunun daxilinə 16 nəfər sərnişin və bir avtomobilin olduğu platforma yerləşə bilər. Qeyd edək ki, tunel “SpaceX” şirkətinin ərazisindən başlayır. Tunelin yarısında isə qaldırıcı platforma yerləşir. Həmin platforma avtomobillərin tunelə enməsi üçün nəzərdə tutulub. İlk test tunelindən sonra “The Boring Company” şirkəti növbəti yeraltı tunellər layihəsini reallaşdırmağı planlaşdırır. Çikaqo şəhəri üçün nəzərdə tutulmuş yeraltı tunel şəhərin mərkəzi ilə hava limanını birləşdirəcək.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










