“Zaman maşını” düzəltməyin yolu tapıldı
ABŞ-ın Massaçusets Universitetinin alimləri insanın keçmişə səyahət etməsinə imkan verən zaman maşınını düzəltməyin nəzəri baxımdan mümkün olduğu fikrinə gəliblər. Avtosfer.az oxu.az xəbər verir ki, bu haqda press-reliz “Science Alert” jurnalında dərc olunub. Alimlərin fikrincə, belə bir aparatı “iki çılpaq sinqulyarlıq” vasitəsilə hazırlamaq olar. Nisbilik nəzəriyyəsi spesifik şərtlərdə səbəb-nəticə prinsipinin pozulmasına əngəl olan qapalı zamanabənzər əyrilərin mövcudluğunu mümkün hesab edir. Təbiət zamanda səyahətlə bağlı paradoksların meydana gəlməsinə imkan verməsə belə, fiziki sistemdə mənfi kütləli ekzotik materiyanın olduğu şəraitdə “zaman ilmələri” ərsəyə gələ bilər. Hələlik kainatda belə “zaman ilmələrinin” mövcudluğu aşkarlanmayıb. Yeni araşdırmada fiziklər, bəzi istisna hallarda “zaman ilmələrinin” ekzotik materiya olmadan belə formalaşmasını mümkün sayır. Bunun üçün fövqəluzun iki ox arasında sinqulyarlığın (hədsiz sıxlıq, temperatur və təzyiqi olan nöqtə) olması şərtdir. Müasir elmi fərziyyələrə görə, “sinqulyarlıqlar” qara dəliklərin mərkəzində olur. Ancaq belə olan halda onlar hadisələr üfüqü ilə bağlı olmalıdır. Belə olan halda oxlar arasında qapalı zamanabənzər əyrilər meydana gəlir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











