Zibil qutuları GPS sistemi ilə təchiz ediləcək - VİDEO

Bakıda artıq dolub-daşan zibil qablarına rast gəlinməyəcək. Çünkü zibil konteynerləri GPS sistemi ilə təchiz ediləcək. Bəs bu sistemin hansi üstünlükləri var?
Ümumiyyətlə, tullantıların idarə olunması istiqamətində hansi işlər görülür?
Avtosfer.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Məişət Tullantılarının İdarə Edilməsi Üzrə Monitinq Mərkəzi yaradılıb. Qarışıq tullantı texnikalar vasitəsi ilə əvvəlcə mərkəzə gətirilir, daha sonra həmin tullantılar təkrar emal və ya yandırılması üçün çeşidlənir.
Bu mərkəz Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası çərçivəsində tikilib. İlkin olaraq pilot layihə kimi Nərimanovda tikilən mərzkəzdə tullantılar çeşidləndikdən sonra təkrar emala göndərilir.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda tullantıların idarə olunması sahəsində yeni texnologiyaların tətbiqi üçün Böyük Britaniyanın tullantılar sahəsində ixtisaslaşmış şirkəti ilə əməkdaşlığa başlayıb. Məqsəd məişət tullantılarının çeşidləmə növlərinin tədbiqidir.
Bu işlər çərçivəsində Bakıdakı zibil yeşiklərinə GPS-lər quraşdırılacaq. Paralel olaraq məişət tullantılarının yığılması üçün xüsusi qabların ölçüləri, rəngləri, üzərində yazılacaq loqolar və maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











