Arif Rəhimov: “Sürücülərin qarşısına hansı sürprizlərin çıxacağını görmək üçün səbirsizlənirəm”
Yarışma
4 İyun 2021 11:36

Bu gün Bakıda beşinci dəfə “Formula-1” yarışı start götürür. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov yarışla bağlı düşüncələrini belə ifadə edib: “Formula-1” ictimaiyyətini bu həftəsonu Azərbaycanda qarşılamağa hazır olduğumuzu bildirməkdən olduqca məmnunuq. Bu möhtəşəm tədbiri dünyanın dörd bir yanına təqdim etməkdə bizə bütün əzmi, fədakarlığı və sevgisi ilə kömək edən Bakı Şəhər Halqasının kollektivi ilə fəxr edirəm. “Formula-1” bolidlərinin gözəl trekimizdəki gərgin mübarizəsinə şahid olduğumuz sonuncu yarışdan çox vaxt keçib və mən bu həftəsonunda sürücülərin qarşısına hansı sürprizlərin çıxacağını görmək üçün səbirsizlənirəm. Bir şey dəqiqdir: söhbət “Formula-1” Azərbaycan Qran Prisinə gəldikdə, hər zaman gözlənilməzi gözləməlisiniz!”
Beynəlxalq Avtomobil Federasiyası (FIA) rəsmisi Maykl Masi trekin yarışa hazırlığını belə qiymətləndirib:
“Azərbaycana yenidən gəlməkdən və həmçinin Azərbaycan Avtomobil Federasiyasının və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin hər bir əməkdaşı ilə birlikdə işləməkdən çox məmnunam. Ümid edirəm ki, bu il biz Bakı trekində növbəti möhtəşəm yarışa şahid olacağıq. Bu tədbir aylar əvvəl başlanılan tikintidən cümə axşamı günü marşalların trekdə keçirəcəyi simulyasiya təlimlərinə qədər davam edən uzun müddət ərzində görülmüş böyük hazırlıqlar nəticəsində ərsəyə gəlib. Keçirdiyimiz baxış əsasında deyə bilərəm ki, Bakı Şəhər Halqası yarış üçün əla vəziyyətdədir”.
Oxunub : 1500
DİGƏR XƏBƏRLƏR
7 Oktyabr 2026 10:00
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
25 Sentyabr 2026 16:26
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
25 Sentyabr 2026 10:30
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
24 Sentyabr 2026 10:56
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
24 Sentyabr 2026 10:06
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
24 Sentyabr 2026 09:11
Bu gün Bakıda "Formula 1" başlayır
22 Sentyabr 2026 19:00
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
18 Sentyabr 2026 10:11
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
11 Sentyabr 2026 12:30
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
4 Sentyabr 2026 20:00
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
28 Avqust 2026 11:18
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
18 Avqust 2026 12:00
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
ŞƏRH YAZ












