Avropa mətbuatı "Formula-1" üzrə Azərbaycan Qran-prisindən yazdı - FOTO

Yunanıstan, Bolqarıstan, Rumıniya və Xorvatiyanın idman mətbuatı Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisini diqqət mərkəzində saxlayıb.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, mətbuat orqanları Maks Ferstappenin qələbəsini xüsusi vurğulayıblar.
Yunanıstan mediasının xəbərinə görə, Ferstappenin ardıcıl ikinci uğuru çempionatda mübarizəni daha da gərginləşdirib. Yazılarda "Red Bull"un güclü strategiyası, "McLaren"in ciddi xal itkisi və podiuma qayıdan sürücülər xüsusi qeyd olunur
Bolqarıstan agentlikləri yarışın statistikasını oxuculara çatdırıb.
Rumıniya mediası yarışı "lider üçün kabus həftəsonu" kimi qiymətləndirib. Yazılarda Piastrinin erkən səhvi və bunun "McLaren" üçün ağır nəticələri önə çıxarılır.
Xorvatiya idman mətbuatı isə qəza anını və Ferstappenin fürsətdən maksimum yararlanaraq inamla finişə çatmasını təsvir edib.
Həmçinin Bakı şəhər halqasındakı yarış həm tamaşaçı baxımından maraqlı, həm də çempionat üçün həlledici məqam kimi xarakterizə olunub. Ferstappenin üstünlüyü, "Mercedes"in sabit tempi, "Williams" üçün tarixi podium və "McLaren"in itirdiyi xal bazası mövsümün qalan hissəsində gərginliyi daha da artıracaq əsas amillər kimi dəyərləndirilib.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB


















