"Avropa Mobillik Həftəsi" çərçivəsində veloyürüş keçirilib – FOTO

“Avropa Mobillik Həftəsi” çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Velosiped Federasiyası və “APAR” şirkətinin təşkilatçılığı ilə veloyürüş keçirilib.
Bu barədə Avtosfer.az-a AYNA-dan məlumat verilib.
Bildirilib ki, məqsəd ekoloji nəqliyyat vasitəsi olan velosipedin təbliğini aparmaq və ətraf mühitin qorunmasına töhfə verməkdir.
İştirakçılar Parlament və Hüseyn Cavid prospektlərində salınan mikromobillik zolaqlarının imkanlarından yararlanıblar. Başlanğıcını Şəhidlər Xiyabanından götürən veloyürüş Hüseyn Cavid parkında yekunlaşıb. Tədbir iştirakçılararına sertifikatlar təqdim olunub və onlar sentyabrın 21-də təşkil ediləcək “Avtomobilsiz Gün”ə dəvət olunublar.
Qeyd edək ki, “Avropa Mobillik Həftəsi” Avropa Komissiyasının dayanıqlı şəhər hərəkətliliyi mövzusunda maarifləndirmə kampaniyasıdır. AYNA Bakı şəhərində “Avropa Mobillik Həftəsi”nə müraciət edib və namizədliyi uğurla təsdiqlənib. Bu istiqamətdə 16-22 sentyabr tarixlərində davamlı hərəkətliliyə yönələn tədbirlər keçirilir və “Avtomobilsiz gün” ilə yekunlaşır.
Xatırladaq ki, “Avtomobilsiz gün” 21 sentyabr tarixində Məhəmməd Naxçıvani küçəsində təşkil olunacaq. Burada müxtəlif zonalarda operatorlar tərəfindən velosiped və skuterlər nümayiş etdiriləcək, əhali üçün test sürüşləri və təlimlər keçiriləcək. “Nəqliyyat və ətraf mühit” mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin işləri sərgilənəcək. Asfalt üzərində uşaqların rəsm çəkmək bacarıqları yoxlanılacaq. Hər kəs bu tədbirə dəvətlidir.





"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












