Azərbaycanın gənc pilotu mövsümün son yarışını uğurla başa vurub

Azərbaycanın gənc pilotu Davin Cəfərov Portuqaliyanın Madeyra şəhərində təşkil olunan kartinq üzrə mövsümün son yarışını uğurla başa vurub. Avtosfer.az-ın məlumatına görə, 16 yaşlı pilot ilk dəfə DD2 MAX kateqoriyasında çıxış edib. O, turnirdə "BirelArt" komandasını təmsil edən yeganə pilot olub. Üç gün davam edən yarış əlverişsiz hava şəraitində baş tutub. Uzunluğu 1040 metr olan Madeyra trekində D.Cəfərov finişə üçüncü çatsa da, yarışın ən sürətli dövrəsini nümayiş etdirərək diqqət mərkəzinə düşüb. D.Cəfərov Madeyra trekində yarışan ilk əcnəbi pilot kimi də tarixə düşüb. Bununla da gənc idmançı cari kartinq mövsümünə yekun vurub. Kartinq üzrə növbəti mövsümün 2026-cı ilin fevralında başlaması nəzərdə tutulur. D.Cəfərovun gələn il dünya və Avropa çempionatları, eləcə də bir sıra beynəlxalq turnirlərdə iştirakı planlaşdırılır. Gənc pilot yeni mövsümə hazırlığı Portuqaliya və İspaniyada davam etdirəcək.
Qeyd edək ki, bu trekdə pilotlar saat əqrəbinin əksi istiqamətində hərəkət etdikləri üçün yarış yüksək çətinliyi ilə seçilir.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













