"Formula 1": Macarıstan Qran-prisində kütləvi qəza baş verib - VİDEO

Formula-1 üzrə Macarıstan Qran-prisində kütləvi qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, "Hunqarorinq" transındakı yarışın startındakı insidentə "Mercedes" pilotu Valtteri Bottas səbəbkar olub. O, mübarizəyə ləngidikdən sonra əyləci gec basıb və "Maklaren" pilotu Lando Norrisin bolidinə çırpılıb. Bunun ardından Norrisin avtomobili Maks Ferstappenin idarə etdiyi "Red Bull"a dəyərək onu kənara atıb. Bottasın öz bolidi isə Serxio Peresin avtomobilinə tərəf uçub.
Bu qrupdan bir qədər aralıda gələn Lens Stroll da sürəti azalda bilməyib. Onun "Aston Martin"i Şarl Leklerə məxsus "Ferrari"yə dəyib.
Strollun komanda yoldaşı Sebastyan Fettelin adı isə Macarıstan Qran-prisinin yekun protokolundan çıxarılıb. Beynəlxalq Avtomobil İdmanı Federasiyasının texniki komissarı finişdən sonra onun avtomobilindən yanacaq nümunəsi götürə bilməyib. Qaydalara görə, yanacaq nümunəsi bir litr təşkil etməlidir. Komissarlar isə cəmi 300 millilitr nümunə götürə biliblər.
Nəticədə Fettel Macarıstan Qran-prisində ikinci pillədən məhrum edilib. Onun yerinə "Mercedes" pilotu Lüis Hemilton yüksəlib. Qalib adını "Alpine" pilotu Esteban Okon tutub. Üçüncü yer isə Kiçik Karlos Saynsa ("Ferrari") qismət olub.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












