"Formula-1"in sabiq pilotu vəfat etdi

"Formula-1"in sabiq pilotu, Paralimpiya Oyunlarının dördqat qalibi olan italiyalı Aleks Dzanardi 59 yaşında dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" nəşri yayıb.
Dzanardinin ölüm səbəbi barədə məlumat verilmir.
Qeyd edək ki, Dzanardi 1991-1994-cü və 1999-cu illərdə "Formula-1" maşınlar sinfində avtoyarışlar üzrə dünya çempionatında çıxış edib. O, "Uilyams", "Lotus" və "Cordan" komandalarının pilotu olub. İtaliyalı sürücü 2001-ci ildə CART seriyası yarışlarında qəzaya düşüb və nəticədə hər iki ayağı dizdən aşağı amputasiya edilib. Daha sonra Dzanardi veloidman üzrə yarışlara qatılıb və 2012, eləcə də 2016-cı illərdəki Paralimpiya Oyunlarında iki qızıl medal qazanıb. O, həmçinin həmin yarışların hər birində bir gümüş medala da sahib olub.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












