Mik Şumaxer: "Azərbaycan Qran-prisini səbrsizliklə gözləyirəm"

"Bakıdakı tras Monakodakından fərqlidir. Azərbaycandakı yarışı səbrsizliklə gözləyirəm".
Avtosfer.az-ın məlumatına görə, bu fikirləri "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Mik Şumaxer Azərbaycan Qran-prisi barədə danışarkən deyib.
22 yaşlı sürücü Bakıdakı trasın möhtəşəm olduğunu bildirib: "2019-cu ildə burada "Formula 2"də yarışdım, möhtəşəm idi. Mübarizəyə yaxşı start vermək önəmlidir. Rəqiblərdən geri qalmamaq üçün sıralama turlarında yaxşı nəticə göstərməlisiniz".
Mik Şumaxer Bakıda ilk dəfə "Formula 1" bolidi ilə yarışacağını sözlərinə əlavə edib: "Bu bolidlər "Formula 2"dəki maşınlardan daha sürətlidir. Əvvəl bu trasda yaxşı çıxış etmişəm və podiuma çıxmaq şansım var idi. Sıralamada səhvə yol verdim və kənarda qaldım. Bazar günü isə həlledici mərhələdə 5-ci yerlə kifayətləndim".
Qeyd edək ki, Azərbaycan Qran-porisi 4 - 6 iyunda keçiriləcək.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












