Nəqliyyat eksperti "Formula 1" ilə bağlı vətəndaşlara müraciət edib - FOTO
Yarışma
7 İyun 2022 14:51

"Bakı şəhərində baş tutacaq “2022 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar aidiyyətı qurumlar vətəndaşlara dəfələrlə çağırışlar, tövsiyələr verir. Onların əksəriyyəti vətəndaşların rahatlığı, mənzil başına rahat və təhlükəsiz çatmaları ilə bağlıdır". Bu fikirləri Report-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Formula 1" ilə bağlı vətəndaşlara müraciət edərəkən deyib. O bildirib ki, Dövlət Yol Polisi əməkdaşları mütəmadi olaraq bu barədə məlumatlar verirlər, ictimai nəqliyyatın istiqaməti dəyişirsə, xəbərdarlıq edilir:

Elməddin Muradlı
"Gündəlik olaraq şəhər ərazisində sıxlıq və tıxaclar barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən vətəndaşlara məlumatlar çatdırılır. Sistemli informasiya təminatı var. Sosial şəbəkələr, radio və digər vasitələrlə görülən bu işləri alqışlayıram".
"Bu tədbir ümumilikdə ənənəyə çevirilib. Vətəndaşların iki həftəlik təmkinli olması yaxşı olardı. Bu, ölkəmizin dünyada tanıdılması üçün səmərəli tədbirdir. Dünyada bu tədbirə əvvəlkilərdən daha böyük maraq göstərildiyini nəzərə alaraq, hər birimiz "Formula 1" yarışlarının rahat və təhlükəsiz keçirilməsi üçün əlimizdən gələni etməliyik", - ekspert vurğulayıb.
Oxunub : 2048
DİGƏR XƏBƏRLƏR
19 Noyabr 2026 16:30
Formula 1-də hibriddən imtina edilir
18 Noyabr 2026 09:00
Sürücü burada ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
6 Noyabr 2026 15:00
Hansı sürücü düzgün parklanma edib? - DOĞRU CAVAB
5 Noyabr 2026 15:41
İlin avtomobili müsabiqəsinin finalına yalnız elektromobillər çıxdı – 63 İLDƏ İLK
30 Oktyabr 2026 10:00
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
27 Oktyabr 2026 22:00
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
16 Oktyabr 2026 10:00
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
7 Oktyabr 2026 10:00
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
25 Sentyabr 2026 16:26
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
25 Sentyabr 2026 10:30
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
24 Sentyabr 2026 10:56
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
24 Sentyabr 2026 10:06
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
ŞƏRH YAZ












