Sürücü hansı trayektoriya ilə sağa dönə bilər?- DOĞRU CAVAB

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib olmuş oxucunun adını təqdim edir. Sual belədir:
Sürücü hansı trayektoriya ilə sağa dönə bilər?
1) A trayektoriyası ilə
2) B trayektoriyası ilə
3) Hər ikisi ilə
4) Heç biri ilə
Doğru cavab: 2) B trayektoriyası ilə
İzahı: “Yol Hərəkəti Haqqında Qanun”un 48-ci maddəsinin IV hissəsində qeyd olunub ki,
5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər.
Təqdim etdiyimiz fotoda avtobus zolağı qırıq-qırıq xətlə ayrıldığı üçün, sürücü sağa dönərkən mütləq həmin zolağa yerdəyişmə edərək sağa dönməlidir.
Sualın ilk düzgün və izahlı cavabını verən Gülbala Hüseynov adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












