Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB

Avtosfer.az saytı manevr qaydası ilə bağlı yeni sualı oxuculara təqdim edir.
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər?
1) A ilə
2) B ilə
3) Hər ikisi ilə
4) Heç biri ilə
Doğru cavab: 2) B ilə
İzah: "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, yolayrıclarında geriyə hərəkətə icazə verilmir. Lakin yanacaqdoldurma məntəqəsi yolayrıcı olmadığı üçün orada qısa məsafədə geriyə hərəkətə icazə verilir. Həyət əraziləri və yanacaqdoldurma məntəqələri bitişik ərazi sayıldığından, orada yolayrıcının keçilməsi qaydaları tətbiq edilə bilməz. Avtobus dayanacaqlarında geriyə hərəkət etməyə və dönməyə də icazə verilmir. Burada sürücünün dayanacağa daxil olduqdan sonra geriyə dönməsi qadağandır. Ona görə təqdim etdiyimiz fotoda sürücü yalnız B trayektoriyası üzrə hərəkət edə bilər.
Sualın ilk düzgün cavabını verən Emil Mirəliyev adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hədiyyəni əldə etmək üçün 055-491-36-86 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












