Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB

Avtosfer.az manevr qaydası ilə bağlı yeni sualı və doğru cavabı oxuculara təqdim edir.
Bu yolayrıcında sürücü hansı istiqamətlərə hərəkət edə bilər?
1) C və B
2) Yalnız C
3) Yalnız B
4) A və C
5) Hər üç istiqamətə
Doğru cavab: 2) Yanız C
İzah: Yolayrıcı qarşısında 4.1.4 düzünə və sağa nişanı quraşdırılıb. Bu yolayrıcında yalnız düzünə və sağa hərəkət etməyə icazə verilir. Asfalt üzərində qırıq-qırıq xətt təşkil edilməsinə baxmayaraq, sürücünün oradan geriyə dönməsi nişanın tələbinin pozulması kimi qiymətləndiriləcək. Avtomobil sol zolaqda yerləşdiyi üçün, həmin zolaqdan sağa dönə bilməz. Sağa dönmək üçün sürücü öncədən sağ zolaqda yerləşməli idi. Bu səbəbdən avtomobilin yalnız düzünə hərəkət etməsinə icazə verilir.
Sualın ilk düzgün cavabını verən Mahir Həsənov adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hədiyyəni əldə etmək üçün 055-491-36-86 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












