Tokio-2020: Rafael Ağayev finala vəsiqə qazanıb - YENİLƏNİB - FOTO

Yarışma 6 Avqust 2021 16:29
Tokio-2020:  Rafael Ağayev finala vəsiqə qazanıb - YENİLƏNİB - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Avtosfer.az-ın məlumatına görə, 75 kq-da mübarizə aparan idmançımacarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.

Rəqibinə 7:0 hesabı ilə qalib gələn 5 qat dünya və 11 qat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.

14:49

15:30

Rafael Ağayev yer aldığı qrupu ikinci yerdə başa vurub.

Avtosfer.az xəbər verir ki, o, qrupdakı son görüşündə əsas rəqibi, ikiqat dünya və beşqat Avropa çempionu Luici Buzaya (İtaliya) 1:3 hesabı ilə uduzub.

Bununla da Rafael Ağayev qrupu altı xalla ikinci yerdə başa vurub. Onun yarımfinaldakı rəqibi A qrupunun lideri Qabor Harşpataki (Macarıstan) olacaq. Onun görüşü bu gün Bakı vaxtı ilə saat 15:22-də başlayacaq.

14:15

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Avtosfer.az-ın məlumatına görə, 75 kq-dakı idmançı B qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Nurkanat Ajiqanovla qarşılaşıb.

Ağayev rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

13:38

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Avtosfer.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ikinci döyüşündə Avstraliya təmsilçisi Tsuneari Yahiro ilə üz-üzə gəlib. Ağayev rəqibini 5:0 hesabı ilə üstələyib.

O, ilk qarşılaşmasında Noa Biçi (Almaniya) məğlubiyyətə uğradıb. Azərbaycan təmsilçisi üçüncü qarşılaşmasını Nurkanat Ajiqanova (Qazaxıstan) qarşı keçirəcək.

A və B qruplarında ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

13:06

Azərbaycan karateçisi Rafael Ağayev Tokio Olimpiadasında mübarizəyə başlayıb.

Avtosfer.az-ın xəbərinə görə, 75 kq çəki dərəcəsində yarışan Rafael Noa Biçlə (Almaniya) qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, onun növbəti rəqibi Çuneari Yahiro (Avstraliya) olacaq. Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

 

 

Oxunub : 2430
ŞƏRH YAZ
Ad

E-mail

Şərh