Aliment borcu hansı hallarda SİLİNİR?

Ölkədə boşanmaların sayı artdığı kimi, alimentin verilməməsi ilə bağlı şikayətlər də bitib-tükənmir. Anlaşmalı boşana bilməyənlərin bir qismi keçmiş ərini, digərləri isə keçmiş xanımını bu maddi vəsait üzündən ittiham edir. Sosial şəbəkələrdəki hüquq qruplarında, yaxud ya ailə-məişət məzmunlu paylaşımlarda daha çox qadınlar əks cinsin alimentdən yayınmasından, yaxud ödənməli aliment borcunun silinməsindən şikayətlənirlər.
Maraqlıdır, bəs, hansı halda şəxsin aliment borcu silinə bilər? Hüquq bu haqda nə deyir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Bizim.Media”ya danışan hüquqşünas Ruslan Mustafazadə deyir ki, qanunvericilikdə borcun silinməsinə dair əsaslar var:
“Hazırda aliment borcu ilə bağlı məsələlər çox aktualdır. Qanunvericilikdə aliment borcunun silinməsinə dair əsaslar nəzərdə tutulub. Bu əsaslar nə ilə bağlıdır? İttiham olunan şəxsin aliment borcunun toplanmasından xəbərsiz olması, alimentlə bağlı qərarı bilməməsi, yaxud, bunun şəxsin günahı üzündən baş verməməsi və ya onu icra edə bilməsi halları var. Bu cür və ya digər məntiqli, əsaslı hallarla bağlı məhkəməyə müraciət edib həmin aliment borcunun silinməsini xahiş etmək olar. Məhkəmə də öz növbəsində bu arqumentləri araşdıracaq. Aydınlaşdıracaq ki, borcun toplanmasına səbəbləri nədir, bunun əsası varmı?! Əgər irəli sürülən səbəblər əsaslı hesab edilərsə, həmin aliment borcunun tam və ya qismən silinməsinə qərar verilə bilər”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










