Bakıda ekoloji çirklənmənin azalması üçün vacib təklif - Ekspert

Ölkəmizdə avtomobil parkının yenilənməsi ilə bağlı tədbirlər aparılır. Məsələn, yaşı 10-dan çox olan maşınların ölkəyə gətirilməsi məhdudlaşdırılır. Buna səbəb isə ekoloji təmizlik, insanların həyat və sağlamlığı, ətraf vəziyyətin yaxşılaşdırılmasına zəmin yaratmaqdır.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, ekoloji çirklənmənin səbəbi təkcə avtomobil parkının köhnə olması deyil.
"Avtomobil parkının yenilənməsi deyəndə biz gərək bunu hansı növ yanacaqla işləməsinə görə çeşidləyək. Çünki bura son illərin trendi elektromobillər, hibrid avtomobillər, elektrobuslar, mikromobillik növləri və elektriklə işləyən digər ictimai nəqliyyatı da aid etmək olar. Yəni ekologiyaya təsir yalnız avtomobildə köklənməməlidir. Bəli, bu gün Bakıda daha çox çirklənməyə səbəb avtomobil parkının köhnə olmasıdır, digər məsələ ümumi səfərlərdə avtomobillə səfər edənlərin faiz nisbətinin çoxluğudur".

Ekspert qeyd etdi ki, səfər təşkilində axınların idarə olunmasında ciddi işlər görülməlidir.
"Burada kompleks tədbirlər planı icra olunmalıdır. Avtomobil parkının yenilənməsi, elektriklə işləyən nəqliyyat vasitələrinin sayının çoxalması müsbət haldır. Amma ümumi olaraq səfər təşkilində axınların idarə olunmasında ciddi işlər görülməlidir. Əgər səfərlərimizi biz alternativ növlərin inkişafına yönləndirsək, onda ekoloji cəhətdən daha çox müsbət nəticəyə nail ola biləcəyik. Bu alternativ növlərin özünün də inkişafına ciddi investisiya olunmalıdır. Amma ümumi olaraq avtomobil parkının yenilənməsi də müsbət haldır və düşünürəm ki, bu məsələlər kompleks həll olunmalıdır", - deyə Rauf Ağamirzəyev bildirdi.
Yol qəzalarının acı mənzərəsi: Hər rəqəmin arxasında bir insan var - VİDEO
“Prezidentin tapşırığından 7 il keçsə də, hələ də bir sıra yollarımız zülmət içindədir” - Elməddin Muradlı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?












