Cərimələrin strukturuna yenidən baxılmalıdır - Məbləğlər yüksəkdir

“Cərimənin miqdarını planlaşdırmaqla, faktiki olaraq, deyirik, mütləq bu qədər yığmalısan. Cərimə yığıla da bilər, yığılmaya da bilər. Ona görə də bunun özü başadüşülən addım deyil”.
Avtosfer.az xəbər verir ki, bunu "Yeni Sabah"a sabiq deputat Vahid Əhmədov deyib.
O bildirib ki, Azərbaycanda cərimələrin sayı həddən artıq çox və cərimə məbləğləri yüksəkdir:
“Bəzi sahələr var ki, orada cərimə həqiqətən tətbiq olunmalıdır. Amma cəriməni niyə görə tətbiq edirlər? Qayda-qanunu pozursan, ona əməl etmirsən. Buna görə cərimə edirlər, cərimə edirlər ki, bir də həmin qanun-qaydaları pozmayasan".
V.Əhmədov fikrinin davamında qeyd edib:
"Amma sizinlə razıyam ki, Azərabaycanda cərimələr kifayət qədər çoxdur və məbləğləri də yüksəkdir. Elə bu yaxınlarda, 2025-ci ilin dövlət büdcəsi müzakirə olunanda bu məsələyə toxunuldu. Maliyyə naziri çıxışında dedi ki, cərimələrdən büdcəyə 840 milyon manat vəsasitin daxil olması nəzərdə tutulub.
Əvvəla, cərimələri planlaşdırmağın özü səhv addımdır. Bəlkə heç o qədər cərimə yığılmayacaq? Cərimənin miqdarını planlaşdırmaqla faktiki olaraq, deyirik, mütləq bu qədər yığmalısan. Cərimə yığıla da bilər, yığılmaya da bilər. Ona görə də bunun özü başadüşülən addım deyil”.
Eks-deputat vurğulayıb ki, cərimələrin strukturuna yenidən baxılmalıdır:
“840 milyon manat xeyli yüksək məbləğdir! Bu cərimələrin müəyyən hissəsi həmin təşkilatlarda qalır və həmin təşkilatların əməkdaşlarının maaşlarına artım kimi istifadə olunur. Buna görə də, onlar maraqlıdır ki, cərimələr çox olsun.
Mən hesab edirəm ki, Azərbaycanda cərimələr kifayət qədər yüksəkdir və çoxdur. Bunun təkmilləşdirilməsinə ehtiyac var. Belə bir təklifi o vaxt Milli Məclisdə vermişdim. Cərimələrin strukturunda müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










