Ekspert: Bu qəzanın səbəbi avtobus zolağıdır - VİDEO

Burada mən sürücünü qınamıram, çünki orada avtobus zolağı çəkiblər. Bildiyim qədəri ilə bura aeroport yoludur və o prospektdə avtobus zolağına ehtiyac yoxdur. Hesab edirəm ki, Nəqliyyatı Əlaqələndirmə Şurası bu məsələyə yenidən baxmalıdır.
Bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin aeroport yolunda ikinci zolaqda avtomobilin dayanması nəticəsində baş verən qəza ilə bağlı yaydığı videonu şərh edərkən deyib.
Onun sözlərinə görə, burada qəzanın baş verməsinə səbəb zolaqdır:
“Çünki orada avtobus zolağı qırıq-qırıq xətlə çəkilməlidir. Nəzərə almaq laızmdır ki, bu yolda hər an vəziyyət dəyişə bilər. Məsələn, hansısa maşında qəfildən texniki nasazlıq yarana bilər. Sürücü belə olan halda qorxusundan sağ tərəfə çıxıb saxlamayıb ki, avtobus zolağıdır və buna görə cərimə ediləcək. İkinci zolaqda dayanıb, nəticədə qəza baş verib. Bu cür hallar təkrarlana bilər. Dəfələrlə demişəm və sübut etməyə də hazıram ki, burada zolaq lazım deyil və bunun fəsadları olur. Həmçinin illərdir bu yolda sağ zolaqdan yalnız avtobuslar istifadə edir. Çünki sağ zolaqda sürət 70 km/saat qoyulub və heç kim bu sürətlə getmək istəmədiyi üçün sağ yoldan istifadə etmir. Bu zolaq avtobusların sürətinə uyğundur.
Bu, hələ yüngül qəza sayılır, amma daha dəhşətli hallar da yaşana bilər. Ona görə də əvvəlcədən tədbir görüb, zolaqları oradan yığışdırmaq lazımdır. Babək, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin bəzi hissələrində də avtobus zolağına ehtiyac yoxdur”.
(axar.az)
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











