Ekspert: Sərhədlər açılanda dəmir yolundakı inkişaf özünü daha qabarıq göstərəcək

Azərbaycan Dəmir Yolları vaistəsilə bu ilin yanvar-aprel aylarında 2 979 167 sərnişin daşınıb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
Hesabat dövründə ən çox sərnişin Abşeron dairəvi marşrutu ilə daşınıb -123 089 nəfər.
Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarında 2 566 218 sərnişin daşınıb.
Onu da bildirək ki, bu ilin birinci rübündə qatarla səfər etmiş xarici turistlərin sayı 33% artaraq 8281 nəfər olub.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, dəmiryollarının inkişafı göz qabağındadır:
“Təsadüfi deyil ki, bir neçə ay əvvəl Cənab Prezident jurnalistlərlə görüşdü, müsahibə verdi və orda da qeyd etmişdi ki, Azərbaycan Dəmir Yolları və Azərbaycan Hava Yolları ilk dəfə olaraq son iki ili gəlirlə başa vurublar. Yəni dövlət dotasiyaları, dövlətin köməyi olmadan həm öz xərclərini qarşılayıb, həm də dövlətə gəlir gətiriblər. Bu onu deməyə əsas verir ki, həm dəmir yolları, həm də hava yolları kifayət qədər inkişaf edib və geniş xidmət göstərir. Həmçinin nəzərə almaq lazımdır ki, pandemiya ilə əlaqədar olaraq quru sərhədlər bağlıdır və sərnişindaşıma həyata keçirilmir. O baxımdan da düşünürəm ki, sərhədlər açıldıqdan sonra dəmir yolunda inkişaf daha da qabarıq şəkildə özünü göstərəcək. Yeni qatarlar alınır, yeni dəmiryol xətləri salınır, bağlı qalan dəmir yol xəttləri açılır və sərnişinlərin istifadəsinə verilir. 30-40 ildir ki, təmir olunmayan dəmir yol xətləri təmir olundu, dəmiryol şəbəkəsinə yeni abu-hava gəldi. Bütün bunların hər biri sərnişinlərin marağını cəlb edir. Eyni zamanda, Bakı, Sumqayıt, Pirşağı və digər Bakı kəndləri istiqamətində, elektrik qatarları vasitəsilə sərnişindaşıma həyata keçirilir. Bu da müsbət təsir göstərir. Çünki Bakı, Sumqayıt yolunda və Bakı kəndləri istiqamətində yollar tıxacla dolur. İnsanlar artıq taksilərdən şəxsi maşınlardan deyil, dəmiryolu ilə hərəkətdən daha çox faydalanırlar. Yəni bütün bunlar onu göstərir ki, insanlarımızın bu nəqliyyat növlərinə marağı böyükdür və get gedə də bu maraq artmaqdadır”.(sherg.az)
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










