Banner

Ölkə bu yeniliklərdən danışır: ADY-dən əhəmiyyətli qərarlar - FOTO

Yazarlar 1 Oktyabr 2024 13:04 Oxunub 446
Ölkə bu yeniliklərdən danışır: ADY-dən əhəmiyyətli qərarlar  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin daşımada həyata keçirdiyi yeniliklər ictimaiyyətdə maraqla qarşılanıb.

ADY-nin noyabrın 1-dən dinamik qiymət siyasətinə keçməsi, 23 sentyabrdan etibarən bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsinin qurulması və s. kimi qərarlar təqdir edilib.

Avtosfer.az xəbər verir ki, deputat Vüqar Bayramov Azərbaycan Dəmir Yollarındakı son struktur və institutsional dəyişikliklərdən sonra bu sahədə bir sıra islahatların diqqət çəkdiyini bildirib:

Vüqar Bayramov

“Bu həftədən etibarən dəmiryolu sərnişinləri ödədiyi vəsaitin bir hissəsini geri almaq imkanı qazanıblar. Dəmiryolu xidmətində 3.0 faiz keşbekin tətbiq olunması və eləcə də daha erkən alınan biletlərə 15.0 % endirimin tətbiq edilməsi stimullaşdırıcı tədbirlərdəndir. Yəni, artıq dəmiryolu xidmətlərindən istifadə zamanı ödənilən vəsaitin bir hisəsi geri qaytarılacaq. Sərnişinlərin hesablarına keşbek ödənişləri daxil olacaq. 2 gün öncə test rejimində tətbiqinə başlanılan loyallıq proqramı ilə şəhərətrafı qatarlarla səfər edən sərnişinlər “ADY Mobile” tətbiqi vasitəsilə gedişlər üzrə 3% keşbek və eləcə də sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazanacaqlar.

Bu sektorda dinamik qiymət siyasətinin tətbiqi də təqdirəlayiqdir. İnkişaf etmiş ölkələrdə qatarlar ilə səfərlər edənlər üçün tələbdən, o cümlədən mövsümdən asılı olaraq fərqli qiymətlər təklif olunur. Yəni, fiks (sabit) qiymət deyil, tələbə bağlı dəyişən qiymət siyasəti var. Azərbaycanda bu sistemə noyabrın 1-dən keçiriləcək”.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, hazırda ADY fəaliyyətini müasir dövrün tələbləri əsasında quraraq  sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması və əlavə dəyər yaratmaq məqsədilə yeniliklərə imza atır:

Vüqar Rəhimzadə

“ADY sərnişin məmnuniyyətini yüksəltmək üçün bu ilin 23 sentyabr tarixindən loyallıq proqramının tətbiqinə başlayıb. Bu proqrama əsasən, şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradılır.

ADY-nin təqdim etdiyi yeniliklərdən biri də 23 sentyabrdan etibarən bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsinin qurulmasıdır. Oktyabr ayından etibarən qatarlarda da ödənişsiz “Wi-Fi” şəbəkəsi istifadəyə veriləcək. Bütün bu addımlar vətəndaş məmrunluğunun artırılmasına xidmət edir”.

Deputat Məlahət İbrahimqızı Azərbaycanda elektrik qatarı ilə səyahətin çox təhlükəsiz və rahatdır olduğunu deyib:

Məlahət İbrahimqızı

Bakıda gündəlik olaraq daha çox şəxsi avtomobildən, ölkə daxilində isə daha çox elektrik qatarından istifadə edirəm. Valideynlərim Ağstafada yaşadıqları üçün, mütəmadı olaraq Bakı-Ağstafa-Bakı qatarının sərnişiniyəm. Bakı-Sumqayıt qatarından da istifadə edirəm. Ona görə deyə bilərəm ki, qatarla səyahət çox rahatdır, yüksək standartlara cavab verir. Belə ki, müasir qatarlarda oturacaqlar çox rahat və əlverişlidir. Qatarla uzun yol insanı yormur. Çünki uzun yolu dar məkanda deyil, geniş, təmiz və rahat məkanda keçirmək olur.

Qatarla getməyin bir üstünlüyü də xidmət səviyyəsinin yüksək olmasıdır. Bələdçilər hər kəsə xüsusi qayğı və diqqətlə xidmət edirlər. Çox mədəni, alicənab və yüksək keyfiyyətli insanlar seçilir. Qatarlarda müxtəlif siniflər təklif edilir. Ancaq hesab edirəm ki, bütün siniflərdə təklif edilən standartlar eynidir. Sadəcə digər siniflərdə müxtəlif növ yeməklər təqdim edilir”

Milli Məclisin VI çağırış deputatı, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq sədri Ramil Həsən də dəmiryollarında tətbiq edilən yeniliklərə diqqət çəkib:

Ramil Həsən

“ADY sərnişinlərin ölkədaxili səfərlər zamanı internetdən istifadəsini asanlaşdıraraq oktyabr ayından etibarən qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsi istifadəyə verir. Səyahət boyu sərnişinlərin əlaqə və əyləncə ehtiyaclarını qarşılayan bu xidmət işgüzar əlaqələr üçün də səyahət rahatlığını və məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır. Sərnişinlər yolda olduqları müddətdə e-poçtlarını yoxlaya, müzakirələrə qoşula və təqdimat hazırlaya bilərlər. Həmçinin sərnişinlər səyahət zamanı onlayn kitabxanalara daxil ola, sevdikləri e-kitabları və bloq yazılarını oxuya bilərlər. Bu, onların səyahət müddətini daha faydalı keçirməsinə kömək edəcək. Hələ ki ödənişsiz “Wi-Fi” şəbəkəsi bir həftə test rejimində çalışacaq”.

Milli Məclisin deputatı Naqif Həmzəyev daim sərnişin kimi tez-tez qatarla Gəncəyə getdiyini və qərb istiqaməti üzrə reyslərin sayının çoxluğundan razı olduğunu qeyd edib:

Naqif Həmzəyev

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) xidmət imkanlarını genişləndirir və vətəndaşların nəqliyyatın bu növündən qüsursuz istifadəsinə şərait yaradır.  Yeni dinamik qiymət siyasəti dünya təcrübəsində geniş istifadə edilən haldır. Belə ki, Avropa ölkələrinin bir çoxunda bilet alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir. Artıq ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər”.

REAL Partiyasının sədri Natiq Cəfərli ölkənin nəqliyyat sistemində dinamik qiymət siyasətinə keçidin zəruri addım olduğunu deyib:

Natiq Cəfərli

“Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir. Azərbaycan Dəmir Yolları bilet qiymətlərinə beynəlxalq təcrübədə olan yanaşma tədbiq etməyə başlayır.

Rəsmi məlumata görə, şəhərlərarası qatar biletlərində öncədən alanda 15% endirim, bank kartı ilə bilet əldə edəndə əlavə daha 3% “cash back” tədbiq ediləcək. Bundan başqa, qatarlara satılan biletlərin sayı az olanda, gün ərzində əlavə qiymət endirimləri olacaq.

Uzun illərdir ki, biz nəqliyyat sektorunda məhz belə yanaşma təklif edirdik”.

(global.info)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh