"Taksi sürücüləri 8 saatdan çox işləməməlidir, çünki..." - EKSPERT

Taksilərlə bağlı narahatlıq doğuran məqamlardan biri də iş rejimləri ilə bağlıdır.
Belə ki, əksər taksi sürücüləri 8 saatdan çox işləyirlər. Bu hal daha çox özəl şirkətlərdə rast gəlinir. Bəzi taksi sürücüləri yaxşı qazanc əldə etmək və gün sonuna kimi depozitlərinin batmaması üçün daha çox çalışmaq məcburiyyətində qaldıqlarını bildirirlər. Bununla tez-tez qarşılaşırıq.
Bəs taksi fəaliyyəti ilə bağlı bütün sürücülərə konkret iş rejimi tətbiq edilə bilər?
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bununla bağlı açıqlama verib. O bildirib ki, taksi sürücüləri 8 saatlıq iş rejiminə ciddi əməl etməlidirlər:
"Taksi sərnişin daşımanın bir hissəsidir. Burada da iş və istirahət zamanına ciddi şəkildə əməl olunmalıdır. Ona görə də bütün taksi sürücülərinə 8 saatlıq iş rejimi tətbiq edilməlidir. Əgər sürücü artıq işlədilirsə, həftəlik normanı aşmamalıdır. Çünki yorğun sürücünün qəza etmə riski daha yüksəkdir".
Ekspert qeyd edib ki, taksi fəaliyyəti təhlükəsizlik və komfortlu ictimai nəqliyyat seqmentlərindən biridir:
"Düşünürəm ki, taksidə gedən islahatlarda iş rejiminə də ciddi diqqət ayrılmalıdır. Bu da tələb kimi daşıyıcılar qarşısında qoyulmalıdır. Eyni zamanda, sürücülər də buna riayət etməlidirlər. Çünki normadan artıq işləmək yorğunluğa, o isə qəza riskinə səbəb olur".
(hit.az)
Yol qəzalarının acı mənzərəsi: Hər rəqəmin arxasında bir insan var - VİDEO
“Prezidentin tapşırığından 7 il keçsə də, hələ də bir sıra yollarımız zülmət içindədir” - Elməddin Muradlı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?












