"Tikilən binalarda parklanma yerləri nəzərə alınmır" - VİDEO

"Tikilən binalarda parklanma yerləri nəzərə alınmır".
Avtosfer.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev Azərbaycan Radiosunda yayımlanan "Avtoreyd" proqramında deyib.
O bildirib ki, yeni tikilən binalarda sakinlərə uyğun parklanma yerləri təşkil olunmalıdır:
"Vətəndaşlar avtomobillərini saxlamaq üçün kənarda yer axtarırlar. Bu isə istər-istəməz narazılığa səbəb olur. Düşünürəm ki, məsələyə nəzarət olunmalıdır. Tikintiyə icazə verilən qurumlar şərt qoymalıdırlar ki, bu binada yaşayan 70-80% sakini qarajla təmin etsinlər. Bir çox Avropa ölkələrində belə tələblər var. Bizdə isə yeraltı parkinqi hər hansısa bir obyektə çevirərək işlədirlər" - deyə o bildirib.
Ətraflı süjetdə:
Yol qəzalarının acı mənzərəsi: Hər rəqəmin arxasında bir insan var - VİDEO
“Prezidentin tapşırığından 7 il keçsə də, hələ də bir sıra yollarımız zülmət içindədir” - Elməddin Muradlı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?












