"Yollarımızda laqeyd piyadalar yetişir" - Nəqliyyat eksperti

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı yolunda mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Müraciətdə deyilib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan və Şamaxı rayonları ərazisindən keçən hissəsində müşahidə edilən qatı duman sürücülər üçün ciddi maneə yaratmaqla yanaşı, qəza riskini də artırır.
Yolda məhdudiyyətli görünmə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmağa, sürət həddini hava şəraitinə uyğun seçməyə, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmağa, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməyə çağırılıb:
“Baş Dövlət Yol Polisi gecə və səhər saatlarında məhdudiyyətli görünmə məsafəsinin daha da artacağı ehtimalını nəzərə alaraq bir daha sürücülərdən ehtiyatlı olmalarını xahiş edir", - deyə müraciətdə qeyd olunub.
Qeyri-sabit, görmə şəraitinin məhdudlaşdığı hava şəraitində piyadar da məsuliyyətli olmalıdırlar.
Nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında deyib ki, piyadalar yola çıxdıqda özlərinin də artıq yol hərəkəti iştirakçılarına çevrildiyini bilməlidirlər:
“Buna görə də yol hərəkəti haqqında qaydalara əsasən hərəkət etməlidirlər. Yol hərəkəti qaydalarını pozmamalı və yolu düzgü şəkildə keçməlidirlər. Məsələ ondadır ki, çox təəssüf ki, ölkəmizdə sürücülərlə Dövlət Yol Polisi tərəfindən iş aparılsa da, piyadalar yetəri qədər təlimatlandırılmır”.
O qeyd edib ki, piyadalarla iş aparılması yönündə orta məktəblərdə şagirdlərə yol hərəkəti, təhlükəsizliklə bağlı qaydalar aşılanmalıdır:
“Təhsil müəssisələrində ibtidai siniflərdən başlayaraq yol hərəkəti qaydaları haqqında şagirdlər məlumatlandırılmalıdırlar. Təssüf ki, bu proses getmir, bu da bizim təhsilin problemidir. Artıq orta məktəblərdə piyadanın yolda özünü necə aparması, yolu necə keçməsi ilə bağlı dərslər keçirilməli, təlimlər verilməlidir. Bunlar olmadığı üçün də biz görürük ki, yollarımızda laqeyd piyadalar yetişir. Yaxşı yol hərəkəti iştirakçısı, məsuliyyətli piyada yetişdirmək də vacibdir”.
(demokrat.az)
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










