947 manata “QAZ-31” satır

Əmlak Məsələləri Dövlət Komitəsi hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a komitədən məlumat verilib.
Belə ki, hərracda Nissan Maxima, Şkoda Oktavia, QAZ-31105-120, Mercedes Benz S 350, QAZ-3110-101, Mercedes Benz E 320, QAZ-3110-121, QAZ-3110-121, QAZ-31105-120, QAZ-31105-120, QAZ-3110-101, QAZ-3102, QAZ-3102 avtomobilləri yer alacaq.
Qeyd edək ki, hərracda ən ucuz avtomobil QAZ-3102-dir. Start qiyməti 947 manat. Ən bahalı avtomobil isə Mercedes Benz S 350-dir, start hərrac qiyməti isə 20 650 manat təşkil edir.
Qeyd edək ki, hərrac martın 3-də həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh MərkəziBankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












