Azərbaycanda 14 dəmir yolu keçidi bağlanacaq

Dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramına əsasən Bakı-Böyük Kəsik sahəsində 317 kilometr yolun əsaslı təmiri nəzərdə tutulsa da, əlavə 52,6 kilometr yolun da əsaslı təmiri həyata keçirilib.
Avtosfer.az AzərTAca istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq departament, xidmət və şöbələrinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin sədr müavini Qurban Nəzirov deyib. Yalama stansiyasının yenidən qurulması üçün dövlət büdcəsindən 1,7 milyon manat vəsait ayrılmasından da danışan Q.Nəzirov, fəaliyyətsiz olan bəzi xırda aralıq stansiyaların bağlanması və funksiyalarının dəyişdirilməsi vaxtının çatdığını bildirib. Eyni zamanda Bakı-Böyük Kəsik sahəsində qatarların təhlükəsiz hərəkətinin təmin olunması üçün Nəqliyyat Nazirliyi ilə razılığa əsasən 14 dəmir yolu keçidinin bağlanması da gündəmdədir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












