Azərbaycanda avtomobillərin təkrar qeydiyyat müddəti azaldıldı

“Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də dəyişiklik edilib. Nazirlər Kabinetindən Avtosfer.az-a verilən məlumata görə, dəyişiklik nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması ilə bağlıdır. Edilən dəyişikliklərə əsasən, “mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 4.3-1-ci bəndinin ikinci cümləsində “3 (üç)” sözləri “1 (bir)” sözləri ilə əvəz edilib. Belə ki, nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Ədliyyə Nazirliyinə göndərir. İndiyə qədər Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 3 gün müddətində Daxili İşlər Nazirliyinə göndərib və daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi 3 gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirib, müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edib.
Dəyişikliyə əsasən bundan sonra Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 3 gün deyil, 1 gün müddətində Daxili İşlər Nazirliyinə göndərəcək və daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi 3 gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirərək müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edəcək.
Xatırladaq ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da da müvafiq dəyişiklik edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












