Azərbaycanda ödənişli avtomobil yolları ilə bağlı YENİ XƏBƏR

Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib. İndiyə qədər Azərbaycanda avtomobil yolları əhəmiyyətinə, yol şəbəkəsində tutduğu yerə, funksional təyinatına, istifadə imkanlarına, istifadəçilərinə və mülkiyyətçilərinə görə ümumi və xüsusi istifadədə olan avtomobil yolları, dövlət avtomobil yolları, bələdiyyə avtomobil yolları, özəl avtomobil yolları, respublika əhəmiyyətli avtomobil yolları, yerli əhəmiyyətli avtomobil yolları, müdafiə təyinatlı avtomobil yolları və sahə avtomobil yolları kimi təsnif olunub.
Dəyişikliyə əsasən, şəhər avtomobil yolları avtomobil yolları bu təsnifata əlavə edilib və şəhər avtomobil yollarının təsnifat göstəriciləri müəyyənləşib. Bura şəhərin küçə-yol şəbəkəsinin tərkib hissəsi olan, ayrı-ayrı funksional zonaları arasında, bu zonaların daxilində və (və ya) şəhərin digər ərazilərində yük və sərnişin daşımalarını təmin edən avtomobil yolları daxildir. Şəhər avtomobil yolları şəhər ərazisinin bir hissəsini təşkil edir, sərhədləri qırmızı xətlə (şəhərsalma sənədləri ilə müəyyənləşdirilmiş və mikrorayonların, məhəllələrin, habelə digər planlaşdırma strukturlarının ərazilərini küçə və meydanlardan ayıran sərhədlər) müəyyənləşdirilir və nəqliyyatın, piyadaların hərəkəti və yaşıllıqların yerləşdirilməsi üçün nəzərdə tutulur. Şəhər avtomobil yolları nəqliyyat vasitələrinin hərəkətini təmin etmək əhəmiyyətinə və istifadə imkanlarına görə magistral avtomobil yolları, ümumşəhər əhəmiyyətli prospekt, küçə və yollar, rayon əhəmiyyətli prospekt, küçə və yollar, qəsəbə və kəndlər arası yollar, qəsəbələrin, kəndlərin küçə və yolları, habelə məhəllədaxili yollara bölünür (bələdiyyə mülkiyyətində olan yollar istisna olmaqla). Müdafiə xarakterli yüklərin daşınması və hərbi texnikanın hərəkəti üçün nəzərdə tutulan şəhər yolları isə müdafiə təyinatlı yolların təsnifatına daxil ediləcək.
Digər dəyişikliyə əsasən, ödənişli avtomobil yolları Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının təsnifat göstəricilərinə əlavə edilib.
İndiyə qədər Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının təsnifat göstəricilərində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları, beynəlxalq avtomobil yolları, müdafiə təyinatlı avtomobil yolları, respublika və yerli əhəmiyyətli avtomobil yolları və ümumi istifadə üçün açılmış bələdiyyə avtomobil yolları daxil olub.
APA
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO








