Bakı kəndlərinə sürət qatarı ilə getmək istəyənlər üçün ŞAD XƏBƏR

Bakı şəhərinin Maştağa, Buzovna, Mərdəkan və digər qəsəbələrində inşa ediləcək yeni dəmiryol stansiyalarının açılışı əhalinin diqqət mərkəzindədir.
Avtosfer.az BAKU.WS-ə istinadən xəbər verir ki, paytaxtın bu istiqamətlərində nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı son işlərin vəziyyəti və stansiyaların istifadəyə verilmə tarixi maraq doğurur.
Bu məqsədlə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) müraciət etdik. Qurumun Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, növbəti 5 ildə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bir sıra istiqamətlərdə xətlərin təkmilləşdirilməsi nəzərdə tutulub:
"Dövlət Proqramına əasən, 2026−2028-ci illərdə Bakıxanov−Binə−Qala xəttinin bərpası, 2026−2027-ci illərdə Yeni Suraxanı−Hövsan xəttinin bərpası, 2028−2030-cu illərdə isə Zabrat−Maştağa−Bağlar xəttinin bərpası, eləcə də bu xətlər üzrə yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulub.
Eyni zamanda, 2027−2029-cu illərdə Güzdək−Qaradağ xətti bərpa olunacaq. Yük qatarları hazırda əsasən Bakı–Biləcəri–Xırdalan–Sumqayıt istiqaməti üzrə hərəkət edir. Güzdək−Qaradağ xəttinin bərpasından sonra yüklərin bir hissəsinin Abşeron dairəvi dəmiryol marşrutundan yan keçməsi və beləliklə, Bakı–Xırdalan–Sumqayıt xətti üzrə sərnişin qatarlarının buraxıcılığının artırılması mümkün olacaq.
Həmçinin bu ilin iyul ayında Dərnəgül stansiyasının tikinti işlərinə başlanılıb. Tikinti işlərinin işlərin 2025-ci ilin sonlarında başa çatdırılması planlaşdırılır".
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












