“Bakı Taksi” MMC *9000 taksi sifarişi xidmətini yenilədi

Bakıda şəhər sakinləri və qonaqların rahatlığını təmin etmək məqsədilə tam yeni müştəri xidmətləri sistemi istifadəyə verilib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, “Bakı Taksi” MMC-yə aid bütün avtomobillər artıq avtomobillərin yerinin təyin olunması üçün GPS qurğularla təmin edilib və onun köməkliyi ilə sistem avtomatik şəkildə sifariş olunan ünvana ən yaxın taksini sifarişin icrasına yönəldir.
Sifarişlər peşəkar operatorlar tərəfindən qəbul olunur, müştərinin ünvanı tam dəqiqləşdirilir və yaxın olan sürücüyə onun yerləşdiyi məkan haqqında tam dolğun informasiya çatdırılır. Bütün bunlar yeni tətbiq olunmuş proqram təminatının köməkliyi ilə həyata keçirilir.
Bu da vaxt itkisinə yol vermədən, operativ sürətdə müştərilərin sifarişlərini icra etməyə və onlara keyfiyyətli xidmət göstərməyə imkan yaradır. Nəticədə müştəri ilə sürücünün ünsiyyəti minimuma endirilib. Müştərilər artıq Bakı şəhərinin hüdüdlarında istədikləri telefondan *9000 yığaraq taksi sifariş edə bilərlər. Statasionar nömrələrdən zənglər tamamilə ödənişsizdir. Qeyd edək ki, Müştəri Xidmətləri Mərkəzi 7/24 rejimində fəaliyyət göstərir. Bakı Taksi MMC taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə 27 aprel 2010-cu ildə təsis edilib və artıq şəhərin simvoluna çevrilmiş bənövşəyi rəngli 1000 dünyaca məşhur London Taxi TX4 avtomobillərini idxal edilib. Bu avtomobillər 13 iyun 2011-ci ildən Bakıda taksi kimi fəaliyyətə başlamışdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












