Bakıda bəzi avtobusların xəttə buraxılması qadağan ediləcək

"Əgər Olimpiya Oyunları dövründə sərnişindaşıma ilə məşğul olan hər hansı fiziki və ya hüquqi şəxs, sahibkar verilən tapşırığı yerinə yetirməsə, onların lisenziyası ləğv ediləcək, işlər onların öhdəsindən layiqincə gələn sahibkarlara həvalə olunacaq".
Avtosfer.az xəbər verir ki, bunu trend-ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov deyib. Onun sözlərinə görə, Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəhbərliyi tərəfindən fevralın 11-də geniş müşavirə keçirilib. İclasda birmənalı şəkildə qeyd edilib ki, Olimpiya Oyunları zamanı xidmət göstərəcək və sərnişindaşıma ilə məşğul olan nəqliyyat və qeyri-nəqliyyat vasitələri texniki cəhətdən saz, tam təmirili, sürücülər isə xüsusi geyim formasında olmalıdırlar. Ə.Səfərov qeyd edib ki, bununla bağlı həmin nəqliyyat vasitələrinə baxış keçiriləcək: “Onlara bütün çatışmazlıqların aradan qaldırılması üçün martın 6-dək vaxt vermişik. Sonra nəqliyyat vasitələri İdarədə təşkil olunmuş komissiya tərəfindən bir-bir yoxlanılacaq. Avtomobillərin xarici görünüşü, içi, oturacaqları, işləmə mexanizmi və s. detallarınadək gözdən keçiriləcək. Bəzi ortatutumlu avtomobillər var ki, onların vəziyyəti bizi qane etmir. Onların xəttə buraxılması qəti şəkildə dayandırılacaq”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












