Bakıda bir sıra yol layihələri başa çatdırılıb - VİDEO

İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyinin nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına uyğun olaraq artıq bir sıra layihələr başa çatdırılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, bunların sırasında Ziya Bünyadov prospektinin yenidən qurulması, Tbilisi prospektininin təmiri, Zığ dairəsi – Heydər Əliyev hava limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun tikintisi, Zabrat–Maştağa–Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, Qələbə meydanında, Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında, Ziya Bünyadov prospektində müxtəlif səviyyəli yol qovşaqlarının, Sərdar Səfərov küçəsində, Babək prospekti ilə K.Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin tikintisini göstərmək olar. Hazırda Böyük Şor dairəsi ərazisində yeni avtomobil yollarının, yol ötürücülərinin, tunellərin, piyada keçidlərinin tikintisi, su oyunlarının keçiriləcəyi arenaya, Stend Atıcılığı İdman Kompleksinə yeni avtomobil yolunun çəkilməsi, həmin istiqamətdən dairəvi yola çıxışın təmin edilməsi üzrə və digər ərazilərdə işlər intensiv şəkildə davam etdirilir. Oyunların keçirilməsi ilə əlaqəli işlərin mart ayının sonuna kimi başa çatdırılması nəzərdə tutulur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












