Bakıda köhnə avtomobillərin vaxtı çatdı - FOTO-VİDEO

Avropa Oyunlarına qalan vaxt azaldıqca şəhərin mənzərəsi və bu mənzərəni pozan məqamlar göz önündə canlanır. Millət vəkillərindən Fərəc Quliyev bu kontekstdə Avropa Oyunları ərəfəsində paytaxtdan köhnə avtomobillərin yığışdırılması məsələsini parlamentdə gündəmə gətirib. Avtosfer.az ANS-ə istinadən xəbər verir ki, millət vəkili Fərəc Quliyevin fikrincə, istehsal ili köhnə olan maşınların paytaxtdan yığışdırılması ilə həm şəhərin ekoloji durumunu yaxşılaşdırmaq, həm də I Avropa Oyunları zamanı Bakının vizual görüntüsünü tamamlamaq mümkün olacaq. “İli köhnə olan avtomobillərin sahiblərilə danışılsın. Bu avtomobillər Azərbaycanda istehsal olunan avtomobillərlə əvəz olunması proseduru həyata keçirilsin. Həmin avtomobilin qiyməti və əlavə dəyər ödənilməklə yeni avtomobil verilir”, – deyə millət vəkili Fərəc Quliyev bildirib.
İli köhnə olan avtomobillərin dövlət tərəfindən alınması təcrübəsi Rusiyada tətbiq olunub. Rusiyada 2005-ci ildə avro standartları tətbiq olunan zaman hökumət bu standarta cavab verməyən avtomobillərin əvəzində aşağı faiz kreditlə müasir avtomobillər təklif edirdi. Eyni təcrübədən qonşu Türkiyədə də istifadə edilib.
Nəqliyyat üzrə ekspert Azər Allahverənovun fikrincə, Azərbaycanda bu mexanizmi həyata keçirmək üçün müəyyən vaxt lazımdır. Dünyada iqtisadi böhranın yaşandığı, büdcəyə qənaət prinsipinin prioritet elan edildiyi bir vaxtda dövlətin köhnə avtomobilləri alıb, vətəndaşlara yeni maşın verməsi hələlik mümkün görünmür.
Bu zaman insanların maraqlarını da nəzərə almaq lazımdır. Xüsusu ilə də köhnə nəqliyyat vasitələrini idarə edən şəxslərin maraqlarına diqqət yetirmək lazımdır. İstənilan halda qarşılıqlı sürətdə hesab edirəm ki, bu məsələ öz həllini tapa bilər. Biz nəticə etibarı ilə 20 gündən bir qədər artıq Bakıda keçiriləcək mötəbər tədbirdə yollarda gərginliyin azaldılmasının şahidi ola bilərik”, – deyə Azər Allahverənov qeyd edib.
“Bakı 2015” Avropa Oyunları ərəfəsində yollarda gərginliyin aradan qaldırılması üçün Dövlət Yol Polisi İdarəsi indidən tədbirlər görməyə başlayıb. Bu tədbirlərə köhnə maşınların şəhərə girişinə məhdudiyyətlərin qoyulması da daxildir. Dövlət Yol Polisi İdarəsi şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, oyunlar zamanı avtomobillər mərkəzi küçələrə müəyyən məhdudiyyətlərlə buraxılacaq. Bu zaman avtomobillərin texniki vəziyyəti ilə bağlı da məsələ nəzərdən qaçmayacaq. Bu cür təcrübə artıq “Eurovision“ mahnı müsabiqəsi zamanı sınaqdan keçirilib. İdarə bu məsələ ilə bağlı qərarını yaxın günlərdə açıqlayacaq.
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə
















