Bakıda pulsuz avtobuslar - VİDEO

I Avropa Oyunlarında Bakıda xüsusi təlim görmüş sürücülər xidmət göstərəcək. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, onların 1000 nəfəri avtobus, 700 nəfəri isə taksi sürücüləri olcaq. Artıq təlimlərə start verən Nəqliyyat Nazirliyinin rəsmisi bildirir ki, idmançıların, qonaqların və turistlərin nəqliyyat hərəkət marşrutları artıq müəyyən edilib, paytaxtdakı avtobus və taksi parklarının genişləndirilməsi işləri davam etdirilir. Nəqliyyat Nazirliyinin rəsmisi Əmrah Cəfərov sürücülərin Olimpiya kəndində həm xarici, həm də yerli müəllimlər tərəfindən tədris kursları keçdiyini deyir. Təlimin məqsədi- qonaqlara qarşı etik davranış qaydaları, yol-hərəkəti qaydalarına düzgün riayət olunması (siqaret çəkməmək, moqnitafona yüksək səslə qulaq asmamaq)dır. Bunun üçün təlimə rus və ingilis dilini mükəmməl bilən gənclər cəlb olnub. Beynəlxalq təcrübədə Olimpiya Oyunları keçirilən zaman nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulsa da tamaşaçıların İdman Komplekslərinə və mənzil başına rahat çata bilmələri üçün xüsusi avtobuslar, taksilər ayrılır. Pekində və Afinada Avropa oyunları zamanı belə avtobuslar, taksilər həm də oyunlar keçirilən ərazilərdə yaşayanlar və çalışanlar üçün nəzərdə tutulur. Azərbaycanda da bu təcrübədən istifadə olunacaq. Artıq 300 yeni “London” taksisi" paytaxta gətirilib. Marta kimi daha 200 avtomobilin gətiriləcəyi gözlənilir. Əmrah Cəfərovun sözlərinə görə, oyunlar zamanı xətlərdən avtobuslar çıxarılmayacaq. Yaranan dəyişikliklərin isə tənzimlənəcək. 015-ci il 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












