Bakıda yeni avtobus parkı – Bu tarixdə istifadəyə veriləcək - RƏSMİ

Bir müddət öncə xəbər verdiyimiz kimi, “BakuBus” MMC tərəfindən Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində - Albalılıq adlanan ərazidə yeni avtobus parkı tikiləcək.
Tikinti işlərinin gedişatı və bu parkdan hansı marşrutların istifadə edəcəyi barədə “BakuBus” MMC-yə sorğu ünvanladıq.
Şirkətin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Əsmər Əliyeva bildirdi ki, yeni avtobus parkının tikintisinə start verilib və tikinti işlərinin 2025-ci ilin sonuna qədər yekunlaşması planlaşdırılır.
“Yeni avtobus parkı istifadəyə verildikdən sonra istehsal olunan 200 ədəd elektrik mühərrikli avtobus burada yerləşdiriləcək və həmin avtobuslar bu parkdan fəaliyyətə başlayacaq. Avtobusların fəaliyyət göstərəcəyi marşrut xətləri və istismara başlama tarixi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bu təşəbbüs Bakı şəhərində ekoloji təmiz, səssiz və müasir ictimai nəqliyyat mühitinin yaradılmasına xidmət edir və şəhərin ictimai nəqliyyat infrastrukturunun modernləşdirilməsində mühüm addım kimi qiymətləndirilir”, - deyə açıqlamada qeyd olunub.(bizim.media)
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












