Bakıda yeni park salınır - FOTOLAR

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir.
Avtosfer.az xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində “The Ritz-Carlton Baku” hotelinə qədər olan və daha əvvəllər Vaqon təmiri müəssisəsinin yerləşdiyi ərazidə salınır.
Park üçün layihələndirilən torpaq sahəsi 10 ha-ya yaxın sahəni əhatə edir.
Xarici və təcrübəli yerli memarların birgə hazırladıqları müasir layihəyə əsasən, hazırda ərazinin mərkəzindən keçən Hüseyn Rəsulbəyov küçəsindəki avtomobil yolu parkın şimal-qərb sərhəddinə köçürülür. 28 May və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsindən park istaqamətinə keçid üçün körpü-yerüstü piyada keçidinin inşası da nəzərdə tutulub.
Artıq layihədə nəzərdə tutulan yeraltı avtomobil dayanacağının tikintisinə başlanılıb. Həmçinin park ərazisində müxtəlif yaş qrupları üçün idman və uşaq oyun və tennis meydançaları, süni göllər, amfiteatr və su rezervuarları quraşdırılacaq. Ərazidə piyadaların təhlükəsiz hərəkəti üçün tam şərait yaradılacaq, keçid meydançaları, velosiped yolları çəkiləcək, bura dekorativ daşlar, qranit örtük çəkiləcək.
Yeni parkın ərazisində böyük yaşıllıq sahələri salınaraq yeni ağac və kollar əkiləcək, müxtəlif gül kompozisiyaları yaradılacaq.
Bu park ölkə başçısının paytaxtımızı parklar şəhərinə çevrilməsi istiqamətində gördüyü işlərin bir hissəsidir.











“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO












