Bakıda yeni yollar salınacaq

Bakıda bir neçə böyük yol salınacaq. Bu barədə Nəqliyyat Nazirliyi Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, Avropa Oyunlarının keçirilməsilə əlaqədar Nəqliyyat Nazirliyinin 08 iyul 2013-cü il tarixli əmri ilə nəqliyyat-yol kompleksi üzrə tədbirlər planı təsdiq edilib. “Tədbirlər Planına əsasən paytaxt ərazisində bir çox layihələrin icrasına start verilib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin əsas hədəfi ilk Avropa Oyunlarına ev sahibliyi edəcək paytaxt Bakı şəhərində nəzərdə tutulan marşrutlar üzrə yol şəbəkəsini daha da yaxşılaşdırmaq, nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin etməkdir”, - deyə Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, hazırda Böyük Şor dairəsi ərazisində yeni avtomobil yollarının, yol ötürücülərinin, tunellərin, piyada keçidlərinin tikintisi, su oyunlarının keçiriləcəyi arenaya, Stend Atıcılığı İdman Kompleksinə yeni avtomobil yolunun çəkilməsi prosesi davam edir. Həmin istiqamətdən dairəvi yola çıxışın təmin edilməsi üzrə və digər ərazilərdə işlər intensiv şəkildə davam etdirilir. Oyunların keçirilməsi ilə əlaqəli işlərin mart ayının sonuna kimi başa çatdırılması nəzərdə tutulub.
Pünhan Mürsəliyev əlavə edib ki, tədbirlər Planı çərçivəsində artıq bir sıra layihələr başa çatdırılıb. “Ziya Bünyadov prospekti yenidənqurulub, Tbilisi prospekti əsaslı təmir olunub. Eləcə də, Zığ dairəsi – Heydər Əliyev adına Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun tikintisi, Zabrat – Maştağa – Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması prosesləri yekunlaşıb. Bundan başqa, Qələbə meydanında, Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında, Ziya Bünyadov prospektində müxtəlif səviyyəli yol qovşaqları tikilib. Görülən işlərdən Sərdar Səfərov küçəsində, Babək prospekti ilə K. Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin tikintisini göstərmək olar”, - deyə Pünhan Mürsəliyev vurğulayıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












