Bakını tıxaclardan xilas etmək üçün MARAQLI TƏKLİF

“Böyük Bakının Regional İnkişaf Planı”nda Sabunçu və Xırdalan istiqamətində alt mərkəzlərin yaradılması təklifi paytaxtın mərkəzi hissəsinin yükünün azaldılmasına yönəlib. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, bu sözləri Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib. Onun sözlərinə görə, “həmin ərazilərdə sosial və yol infrastrukturunun genişləndirilməsi, ticarət və əyləncə mərkəzlərinin yaradılması planlaşdırılır”.
“Bununla da şəhər kənarında yaşayan sakinlərin paytaxtın mərkəzinə axınının qismən də olsa qarşısı alınmaqla yanaşı, nəqliyyatın sıxlığı da xeyli azalacaq”. Mərkəzdənqaçma (desentralizasiya) tədbirlərinin görülməsi şəhərsalmada dünyada istifadə edilən metodlardan biridir deyən İ.İsbatov əlavə edib ki, respublikada iqtisadi inkişaf tempi sürətlə getdiyindən bu proses avtomobillərin sayına da təsirsiz ötüşməyib. “İnkişaf etmiş Avropa ölkələrində 1000 nəfərə düşən avtomobillərin sayı 400-ə çatıbsa, Azərbaycanda bu rəqəm təqribən 300-dür”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












