Bakının bu yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılır

Bakı 3-cü kənar dairəvi yolda dəyişdirilmiş sürət həddi yaxın dəqiqələrdə əvvəlki vəziyyətinə qaytarılıb. Avtosfer.az xəbər verir ki, bu xəbəri Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətinə əsasən, hava şəraiti, yolların buz bağlaması nəzərə alınmaqla yolda quraşdırılmış elektron tablolarda sürət həddi dəyişdirilmişdi: “Həmin yolun 1-ci kilometrliyində sürət həddi üç zolaq üzrə müvafiq olaraq 110-110-90 km/saat idi. Onlar müvafiq olaraq 80-80-60 km/saata endirilmişdi. 12-ci kilometrlikdə üç zolağın hər üçündə sürət həddi 110 km/saat idi. Onlar da müvafiq olaraq 80-60-60 km/saata qədər azaldılmışdı”.
P.Mürsəliyev qeyd edib ki, hava şəraiti normallaşdığından artıq 3-cü kənar dairəvi yoldakı elektron tablolarda düzəliş edilib və sürət həddi əvvəlki səviyyəsinə qaytarılıb.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












