Bakının tarixi yolu yenidən qurulur - VİDEO

Avtosfer.az xəbər verir ki, Azərbaycan Beynəlxalq əhəmiyyətinə görə fərqlənən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəd yolu əsaslı təmir olunacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin anspress-ə verilən məlumata görə, tikinti işlərinin intensiv və keyfiyyətli aparılması məqsədilə magistral ayrı-ayrı hissələrə bölünüb. “Ölkə başçısı İlham Əliyevin rəhbərliyə başladığı vaxtdan etibarən magistralın Bakı-Ələt hissəsinin 2-14, 22-69-cu kilometrlik sahələrində işlər yekunlaşıb. Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Ucar-Yexlax, Yevlax-Gəncə, Gəncə dairəvi, Gəncə-Qazax, Tovuz dairəvi, Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissələri yenidənqurulub”, - deyə Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, hazırda Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəli 4 zolaqlı yol standartlarına çatdırılması işləri davam etdirilir. Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsi Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













