Bir dəfə yanacaq doldur, 100 il sür – YENİLİK

Avtomobilə yanacaq doldurulması kifayət qədər pul və vaxt tələb edən prosedurdur. Bakı kimi şəhərdə yanacaqdoldurma məntəqəsinə girib-çıxmaq orta hesabla 10 dəqiqə vaxt aparır. Amma bunun da çarəsi var. Əgər avtomobili zəif radioaktiv element olan toriumla doldursaq, onda yanacaqdoldurma məntəqəsinə girməyə ümumiyyətlə ehtiyac olmayacaq. Başqa sözlə, yanacaq qurtaranadək avtomobil istismar müddətini başa vuracaq.
Avtolent.az-ın “novate.ru” saytına istinadən verdiyi xəbərə görə, “Laser Power Systems” şirkəti bu texnologiya üzərində işləyir. Konsepsiyaya görə, reaktordakı torium metalı lazer şüası yaratmaq üçün istifadə ediləcək. Şüa öz növbəsində suyu qızdıraraq buxara çevirəcək. Buxarın enerjisi də turbini fırladaraq elektrik enerjisi hasil edəcək. Toriumun radioaktivliyi az olduğu üçün nüvə reaktorunu nazik alüminium folqa ilə örtmək kifayət edəcək. Reaktorun ölçüsü isə kondisioner boyda olacaq. Bir dəfə doldurulan reaktor avtomobilin 100 il hərəkət etməsi üçün kifayət edər.
Lakin kampaniyanın icraçı direktoru Çarlz Stivens layihənin yaxın 20 ildə avtomobil istehsalçıları arasında ciddi rəğbət qazanmayacağını düşünür.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO















