BNA-nın keçmiş vəzifəli şəxsi taksi şirkətinə rəhbər təyin edildi

“Enar Taxi” şirkətinin rəhbərliyində yeni təyinat olub.
Avtosfer.az bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, qəbul edilən müvafiq qərara əsasən, şirkətin qanuni təmsilçisi dəyişib.
Belə ki, Etibar Əliağa oğlu Quliyev “Enar Taxi” şirkətinin yeni qanuni təmsilçisi təyin edilib. O, bu vəzifədə Ağacan Abbas oğlu Abbasovu əvəzləyib.
Məlumata görə, “Enar Taxi” MMC ölkənin aparıcı taksi xidmətlərindən bir olan “189 Taxi”yə bağlıdır.
Qeyd edək ki, 56 yaşlı E.Quliyev nəqliyyat sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2002-2007-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin “Sərnişin Servis” MMC-nin, 2007-2010-vu illərdə Nəqliyyat Nazirliyinin 3 nömrəli Avtoparkının, 2010-2018-ci illərdə “Bakı Sərnişin Servis Avtobus Parkı” MMC-nin və 2018-2021-ci illərdə isə BNA “Zığ Avtoparkı” MMC-nin direktoru vəzifəsində işləyib. Sonralar isə “Aztexnika LTD” MMC-nin Nəqliyyat Departamentinin rəisi vəzifəsində çalışıb. O, 2017-ci ildən Azərbaycan Texniki Universitetin avtonəqliyyat fakultəsində Dovlət Attestasiya Komissiyasının sədri olub.
E.Quliyev 2024-cü ildə Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə YAP-ın 31 saylı Suraxanı seçki dairəsindən namizədi olub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












