Bu da Naxçıvanın yeni avtobusları - FOTO

Bu il Naxçıvan Muxtar Respublikasına yeni iritutumlu avtobuslar gətiriləcək. Avtosfer.az AzərTAc-a istinadən xəbər verir ki, sərnişin sıxlığı qədim diyara yeni avtobusların gətirilməsi zərurəti yaradıb. Digər tərəfdən, muxtar respublikanın avtomobil yollarının beynəlxalq standartlara uyğun olaraq yenidən qurulması müasir ictimai nəqliyyat növlərinə ehtiyacı daha da artırıb. Odur ki, şəhərdaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri sürətlə yeniləşdirilir. Hazırda Naxçıvan şəhərində sərnişindaşıma müasir iritutumlu avtobuslarla həyata keçirilir. Son illər Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin maddi-texniki bazası xeyli möhkəmləndirilib, 2 “Mersedes-Benz Traveqo” , 37 “King Long” və 8 “Liaz” markalı iritutumlu avtobuslar alınaraq xəttə buraxılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, hazırda şəhərdaxili nəqliyyatda beynəlxalq standartlara cavab verən müasir avtobusların alınması, şəhərdə nəqliyyatın hərəkətinin sıx olduğu yerlərdə piyada keçidlərinin yaradılması və yeni dayanacaqların quraşdırılması işləri davam etdirilməkdədir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













