Bu yolda ancaq telefonu olanlar yeriyə bilər - FOTO

Çinin cənubundakı Çunsin şəhərində telefonu əlidən yerə qoymayanlar üçün xüsusi piyada yolu istifadəyə verilib. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, telefon istifadəçilərinin başqaları ilə toqquşmaması üçün yol ağ zolaqla digər yoldan ayrılıb. Digər yolda telefondan istifadə etməyin qadağan olduğunu göstərən işarə ilə yanaşı yeni yolda telefondan istifadənin mümkün olduğunu göstərən işarə çəkilib. Bələdiyyənin bu addımı isə heç də birmənalı qarşılanmayıb. Bəziləri hesab edir ki, belə yol insanları yolda gedərkən telefondan istifadə etməyə təşviq edir. Mətbuata açıqlama verən telefon satıcısı isə yolda yeriyərkən telefondan istifadə edənlərin bu işarələrdən xəbərdar belə olmadıqlarını, bu işarələrin mənasız olduğunu deyib.
Səhiyyə rəsmiləri isə yolda gedərkən telefondan istifadə etməyin alkoqollu maşın sürməkdən heç bir fərqi olmadığını deyir. “Bu, alkoqollu vəziyyətdə maşın sürmək kimidir. Ətrafda baş verənlərdən xəbəriniz olmur. Telefon narkotik kimidir” – deyə həkim Toni Qrab bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













