Çindən Azərbaycana yola düşən qatar Bakıya çatdı - FOTO - YENİLƏNİB

Çindən Azərbaycana Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yola düşən qatar Bakıya çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəsmilərinin də iştirak etdiyi tədbir çərçivəsində Çin (Çjetszyan) - Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən sayca 237-ci blok-qatar qarşılanıb.
TBNM üzrə Yivu-Bakı qatarı ilə gətirilmiş konteyner yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.
Qeyd edək ki, bu dəhlizdən keçən 237-ci qatar Çinin Yivu şəhərindən yola düşmüşdü.









***09:18
Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu istifadəyə verilib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Çinin iqtisadi cəhətdən ən inkişaf etmiş bölgələrindən olan Quandon əyalətinin paytaxtı Quancou şəhərindən ilk yük qatarı Mərkəzi Asiya - Xəzər dənizi - Azərbaycan - Gürcüstan - Qara dəniz vasitəsilə Türkiyənin İstanbul şəhərinə yola düşüb. Qatar Quandon əyaləti, Honkonq və Makao şəhərlərini əhatə edən Böyük Körfəz regionu ilə Türkiyə arasında logistika dəhlizində mühüm irəliləyişdir. Sentyabrın 6-da Quancou beynəlxalq limanından yola düşən qatar 50 ədəd 40 futluq konteynerlərdə məişət texnikası, geyim və digər məhsullar var.
Dəmir yolu-dəniz-dəmir yolu multimodal daşıma modelinə əsaslana marşrut üzrə hərəkət edən qatarın 20 gün ərzində İstanbula çatması gözlənilir. Qatar Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd məntəqəsindən Qazaxıstana keçərək, yükləri Aktau limanına çatdıracaq. Konteynerlər Xəzər dənizində bərə vasitəsilə Bakıya, oradan isə dəmir yolu ilə Qara dənizə çatdırıldıqdan sonra yenə bərəyə yüklənəcək. Son mərhələdə yüklər Trabzon limanından dəmir yolu ilə İstanbula yola salınacaq. İki dənizi əhatə edən bu marşrutun ümumi uzunluğu 10 min kilometrə yaxındır. Bu, ənənəvi dəniz yolundan 30 faiz qısadır və daşıma vaxtını dəniz yolu ilə müqayisədə 15 gün azaldır.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












