Dünyanın ən gözəl yolları - FOTOLAR

Dünyada yollar çoxdur, sayı hesabı yoxdur. Avtosfer.az anspress-ə istinadən dünyanın ən gözəl yollarından bəzilərini oxucularına təqdim edir.
Passo San Boldo. Bu yol İtaliyada yerləşir. Dağların içindən keçən və pillə-pillə olan yolun möhtəşəm təbiət mənzərəsi var. Bu yol Ferrari keçidi də alanır.
Hollandiyanın qərbindəki Roelofarendsveen qəsəbəsindəki su kəmərinin inşaası 1961-ci ilində başlayıb. Yol 2006-cı ildə açılıb. Ringvaart kanalın altından keçən yolun uzunluğu 1,8 km-dir.
İsveçrədəki körpü iki ölkə arasındadır. Öresund Köprüsü həm quru yolu, həm dəmiryol, həm də dəniz nəqliyyatı üçün istifadə edilir.
Körpünün ən böyük dirəyinin hündürlüyü 204 metrdir. Körpünün uzunluğu isə 7845 metrdir. Körpü İsveçin Malmo şəhərindən başlayır, Öresund boğazının ortasına kimi gedir. Peberholm adlanan süni ada üzərində dəniz altından uzanan tunellə birləşir.
Floridadakı Seven Mile körpüsünün uzunluğu 11,3 km-dir. Avtomobil idarə etmək üçün dünyanın ən gözəl nöqtələrindən biridir.
Norveçdəki "Atlanterhavsveien yolu" (Atlantik yolu) 1989-cu ildə xidmətə verilib.
8,72 kilometr uzunluğundakı bu yolun üstündə 8 körpü var. Yol kiçik adalar üzərindən keçir. "Atlantik Yolu" yüzilin inşaatı adını alıb. Kəskin dönüşləri olan yol "The Guardian"nın da siyahısında ən gözəl yol seçilib.
Dünyanın ən gözəl yolları arasında yer alan digər yollar bunlardır:
Florida yolu - ABŞ
Red Rock yolu - ABŞ
Trollstigen yolu - Norveç
Guoliang Tuneli - Çin
San Bernardino keçidi - İsveçrə
Los Karakoles keçidi - Argentina
Hafet dağı keçidi - Birləşmiş Ərəb Əmirliyi
Stelvio keçidi - İtaliya
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq































