Düşənbə-Bakı reysi bərpa edilə bilər

Tacikistan və Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinin perspektivləri Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Neqmatullo Hikmatullozoda və Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikasının səfiri Abbasəli Həsənovun görüşü zamanı müzakirə edilib. İqtisadi İnkişaf və Ticarət Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata əsasən fevralın 11-də keçirilən görüş zamanı, tərəflər ölkələr arasında iqtisadi ticarət əlaqələrinin inkişafı məsələlərini nəzərdən keçirib, eləcə də qarşılıqlı maraq kəsb edən ikitərəfli əməkdaşlıq müzakirə edilib. Sərmayənin cəlb olunması, kənd təsərrüfatı məhsullarının emalı, iqtisad ticarət və elmi-mədəni əməkdaşlığa dair hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin Düşənbə-Bakı reysinin bərpa edilməsini müzakirə ediblər. Düşənbə-Bakı-Düşənbə reysi 2012-ci ilin iyul ayının 10-da açılıb, amma sərnişin axınının az olması səbəbindən bu marşrut üzrə reyslər dayandırıldı. 2013-cü ilin mart ayında cari reys bərpa edildi, amma yuxarıda göstərilən səbəb üzündən yenidən dayandırılmalı oldu.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












