“Formula - 1” üçün Bakıda möhtəşəm yol olacaq

2016-cı ildə keçiriləcək “Formula - 1” yarışları üçün Bakının yolları daha da cazibədar görünəcək. Bu barədə Formulanın əksər müasir yollarını layihələndirən German Tilke deyib. Avtosfer.az “F1news.ru”ya istinadən xəbər verir ki, Tilke əmindir ki, həqiqətdə Azərbaycan paytaxtının küçələri üzrə olan dairəvi yolun sxemini tədqiq edəndə yol təsəvvür ediləndən daha çox cəlbedici görünəcək. “Siz yolu üç ölçüdə görməlisiz, şəkillərdən bunu başa düşmək mümkün deyil. Yol köhnə şəhərə qalxır, sonra XIII əsrin qala divarları boyu davam edir. Bunun hamısı çox maraqlı olacaq. Bu, mövcud yollar üzrə müəyyən olunmuş tamamilə müvəqqəti yoldur. Biz bütün hissələrdə deyik, bəzi hissələrdə üst örtüyü dəyişəcəyik. Yol çox sürətlidir, o, dünynanın istənilən digər şəhər yolundan tam fərqlənəcək. Yol Monako və ya Sinqapurdakı kimi deyil. Bu tamamilə xüsusi yol olacaq”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













