İlk dəmiryolu daşınması həyata keçirilib

Avtosfer.az xəbər verir ki, fevral ayının 10-da Çindən Gürcüstana ilk yük qatarı çatıb. İlk birbaşa dəmiryolu yük qovşağının təqdimatı Varketil konteyner terminalında baş tutub. Tədbirdə Gürcüstanın iqtisadi və davamlı inkişaf naziri Georgi Kvirikaşvili, “Gürcüstan dəmir yolu” SC-nin baş direktoru Mamuka Baxtadze, Çin, Qazaxıstan və Azərbaycan səfirləri, əməkdaşlıq fondunun nümayəndələri və daşıma şirkətləri iştirak ediblər. Oxu.az gürcü KİV-nə istinadən xəbər verir ki, dəmiryolu qatarlarının yüklənməsi Çində 2015-ci ilin yanvar ayının 29-da olub, fevral ayının 6-da isə Gürcüstanda yük boşaldılıb. Layihə Gürcüstan, Qazaxıstan və Azərbaycan dəmir yollarının sıx əməkdaşlığı və Çinin Sinszyan əyalətinin vasitəçiliyi nəticəsində həyata keçirilib. Təqdimatda qeyd edildiyi kimi, yeni Trans-Asiya-Qafqaz qatarı yüklərin daşınması zamanını beş dəfə qısaldır. Dəniz vasitəsilə nəqletmə zamanı 40-45 gün vaxt lazım olurdusa, dəmir yolu ilə Çindən Gürcüstana yük 9 gün ərzində çatdırılır. Gürcüstan limanlarından bu yük artıq Avropa ölkələrinə və Qara dəniz hövzəsi ölkələrinə çatdırılacaq. Onun sözlərinə görə, gələcəkdə Bakı-Tbilisi-Qars layihəsi bitdikdən sonra vahid böyük infrastruktur yaradılacaq. Xatırladaq ki, yanvar ayının 28-də Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın baş naziri, Gürcüstanın iqtisadi və davamlı inkişaf naziri Georgi Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yolu üzrə ilk test qatarının işə düşməsində iştirak ediblər. Bu günlərdə gürcü naziri Georgi Kvirikaşvili bəyan edib ki, Bakı-Tbilis-Qars-ın ilin sonuna istismara verilməsi üçün bütün şərtlər mövcuddur. Bakı-Tbilisi-Qars tam gücü ilə işləməyə başladıqda, Azərbaycanın Şərq və Qərb arasında yükdaşımalarda nəqletmə mahiyyəti dəfələrlə artacaq.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












