Köhnə avtobuslar bölgələrə göndərilir - VİDEO

Avropa Oyunları ilə əlaqədar paytaxda 200-dən çox yeni iritutumlu və müasir standartlara cavab verən avtobusların gətirilməsindən sonra köhnə avtobuslar xətdən çıxarılıb və bölgələrə göndərilib. Avtosfer.ax anstv-yə istinədən xəbər verir ki, rayonlara göndərilməmişdən əvvəl isə köhnə avtobuslar texniki baxışdan keçirilir. Əgər hələ də istismara yararlıdırsa o zaman rayonlarda bu avtobuslardan istifadə olunur. Amma istismar müddətini başa vurubsa və istifadə üçün yararsızdırsa onda bu avtobusların müəyyən hissələrindən istifadə olunur.
NN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov qeyd edir ki, köhnə avtobuslar əvvəlcə Dövlət Yol Polis İdarəsində qeydiyyatdan çıxardılır. Yalnız ondan sonra avtobusun istifadəsinə qadağa qoyulur. Avtoekspert Azər Allahverənov bildirdi ki, bəzən olur ki həmin avtobusun müəyyən hissələrindən istifadə olunur. Bu da düzgün deyil. Çünki, bu zaman həmin həmin avtobuslar ləğv olunmalıdır. Ehtiyac olacağı təqdirdə daha bir neçə avtobusun ölkəyə gətirilməsi planlaşdırılır. Ümumilikdə isə bu il 300 dən artıq yeni marşurut avtobusları paytaxta gətirilərək xəttə buraxılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












